Aktrisa Sədaqət Dadaşova müğənni Elton Hüseynəliyevin “ATV maqazin onlarla” verilişində bacısı, xalq artisti Brilyant Dadaşova haqqında “paxıl insandır” sözlərinə cavab verib.
Oxu.Az xəbər verir ki, o, E.Hüseynəliyevi 15-ci dərəcəli müğənni adlandırıb:
“Brilyant xanım irəliyə baxır və musiqidə yeniliklər etməyə davam edir ki, Eltonkimilər arxasında onun oxuduğu əsərlərə qulaq asıb, ömür boyu öyrənsinlər.
Çünki yeniliyi və İlahi qüvvə ilə əlaqəni Allah öz sevimlisinə verir ki, başqaları baxıb təqlid etsinlər. Hamı bilir ki, Elton kimi 15-ci dərəcəlilər çoxdur”.
