Müğənni Lalə Dadaşova meyxanaçı Samirə ilə olan qalmaqalı barədə danışıb.
Oxu.Az movqe.az-a istinadən bildirir ki, meyxanaçı Samirənin verilişlərin birində Lalə və ondan yaşca kiçik olan həyat yoldaşı, rəhmətlik Elçin barədə çəkilən misalı meyxanaçıya yaman baha başa gəlib.
Lalə Dadaşova onu əxlaqsız qadın və 20 yaşlı sevgililəri olan biri kimi qələmə verib. Hətta Lalə Dadaşova 1-ci açıqlamasında bildirib ki, bu səbəblərə görə Samirə ilə işbirliyinə son qoyub. Lalə Dadaşova səsinin efirə getdiyini gördükdən sonra deyəsən peşman olub. Əsəbi olduğunu deyən müğənni sonradan belə açıqlama verib:
“Mədəniyyətimizə qulluq edilməlidir. Bu söhbətlər önəmli deyil. Mənim emosional vəziyyətimdən istifadə edib, səsimi efirə verənlərə ar olsun deyirəm. Mən evimdə sakit oturmuşam, başqa bir verilişi izləyirəm. Zəng edib mənə deyirlər ki, xəbərin var ki, o biri kanalda sənin haqqında nələr deyilir?
Qonşularım, dostlarım, tanışlarım mənim barəmdə deyilənlərdən narahat olublar. Guya mən Elçinin anası yaşındayam. Guya cavan oğlana ərə getmişəm. İlk zəng etdiyim bacım oldu. O da həmin verilişi izləmirmiş. Axırda Samirənin evinə yığdım. Anası və ya qızı ilə danışmaq istədim. Çünki mən elə-belə söz danışan adam deyiləm. Samirənin çox gözəl anası var. Anası telefonda mənə dedi ki, qızım, sənə qurban olum, qoy, o evə gəlsin gör onun başına nə oyun açacağam.
Ondan sonra başa düşdüm ki, Samirə deməli mənim haqqımda pis söz deyib. Elçinin qohumları da bu söz-söhbətdən narahat olub. 21 il bundan əvvəl mən gənc gəlin idim. (21 il bundan əvvəl Lalə xanımın təxmini 40-41 yaşı olub - red) Axı sevgi yaşa baxmır. Elçin o qədər cüssəli idi ki, ona da heç o yaşı vermək olmazdı.
Onun 30 yaşı olmasına baxmayaraq o, çox ağıllı idi. Elçin öz ağlı, fikirləri ilə məni özünə valeh etmişdi. O da ailəsindən boşanmışdı, mən də... Elçinin anası sağ olsaydı onun indi 81 yaşı olacaqdı. Mənim axı 81 yaşım yoxdu”.