Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb.
Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz “Instagram” səhifəsində barmağında üzüklə video paylaşıb.
Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inana bilmir.
Qeyd olunur ki, Britni və Asqari beş ildir tanışdırlar. Cütlük ilk dəfə Britni Spirsin “Slumber Party” mahnısının klip çəkilişlərində tanış olublar.
View this post on Instagram
"Britni Spirs" teqi üzrə xəbərlər
- Britni Spirs biznesə başladı: Öz brendini təqdim etdi
- Məşhur müğənnidən əri və bacısı ilə bağlı dəhşətli etiraf
- Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
- Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı
- Britni Spirs və Dua Lipanın mahnılarının müəllifi qətlə yetirildi
Digər xəbərlər