Hollivud ulduzu Bryus Uillisin qızı Tallula atasına bənzədiyi üçün xarici görünüşündən nifrət etdiyini etiraf edib.
Bu barədə aktrisa özünün “Instagram” hesabında yazıb.
27 yaşlı məşhur özünün müxtəlif illərdə çəkilmiş şəkillərini, həmçinin anası, super model Demi Mur ilə fotolarını paylaşıb.
Посмотреть эту публикацию в InstagramPaylaşıma şərh kimi Uillis dismorfofobiyadan (insanın bədəndə əhəmiyyətsiz deffekti, və ya bədən quruluşu ilə bağlı narahatçılığı) əziyyət çəkdiyini yazıb.
Aktrisa bildirib ki, uzun illər üzünün kişilərə məxsus cizgilərinə görə, daha çox atasına oxşadığını düşünüb və bundan əziyyət çəkib.
“Düşünürdüm ki, əzələli sifətim özümə olan nifrətimin səbəbidir, amma mən haqlı deyildim”, - deyə qız bildirib.
Uillis insanın üzündəki yaşla bağlı dəyişiklikləri və qocalığı idarə edə bilmədiyini anlaması üçün uzun müddət lazım olduğunu bildirib.
“Mən həyatımın istənilən mərhələsində və istənilən bədən quruluşunda (hamı kimi) ləyaqətli insan olmaqda davam edirəm”, - deyə o bildirib.
"Bryus Uillis" teqi üzrə xəbərlər
- Bryus Ullisin həyat yoldaşı sənətçinin ölümünə hazırlaşmalarından danışdı
- Demensiyadan əziyyət çəkən ağır xəstə Bryus Uillisin nadir gəzintisindən görüntülər yayıldı
- Bryus Uillisin xəstəliyi ailəsində fikir ayrılığı yaratdı: Milyonluq sərvətinə kim nəzarət edir?
- Sağalmaz xəstəliyə tutulmuş Bryus Uillisin son görüntüləri yayıldı
- Ağır xəstə olan Bryus Uillisin həyat yoldaşından etiraf: "Evliliyimin dağıldığını hiss edirdim"
Ən çox oxunanlarDigər xəbərlər