Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bryus Uillisin qızları ilə riqqətəgətirən görüntüsü paylaşıldı
İki ilə yaxındır demensiyadan əziyyət çəkən Hollivud aktyoru Bryus Uillisin Demi Murdan olan qızları onunla riqqətəgətirən fotolarını paylaşıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə 33 yaşlı Skaut və 30 yaşlı Talulla şəxsi bloqlarında paylaşım ediblər.
Kadrların Şükran Günündə ailə bayramı zamanı çəkildiyi vurğulanıb.
Qızlar atalarına "Dünyanın ən yaxşı atası" yazılmış masa lövhəsi təqdim ediblər.
Qeyd edək ki, aktyorun Demi Murdan üç övladı var. Cütlük 1987-ci ildən 2000-ci ilə qədər təxminən 13 il evli qalıb. Boşanmadan sonra, 2009-cu ildə aktyor özündən 23 yaş kiçik model Emma Heminqlə evlənib. Onlar iki qız böyüdürlər: 12 yaşlı Meybel Rey və 10 yaşlı Evelin Penn.
Xatırladaq ki, ötən ilin fevralında Uillisin koqnitiv qabiliyyətlərin tədricən itirilməsinə səbəb olan frontotemporal demensiyası (FTD) olduğu müəyyən edilib. Aktyor təxminən 2022-ci ilin yazından bəri müalicəsi olmayan xəstəliklə mübarizə aparır.
Rəylər