Bu gün Bakıda ilk dəfə olaraq Rusiyanın pop-rok qrupu “Zveri”nin konserti olacaq.
Oxu.Az xəbər verir ki, qrup üzvləri gecədə yeni albomunun təqdimatını edəcək və ən gözəl hitlərini səsləndirəcək.
“Elektra Events Hall”da baş tutacaq konsertə standart biletlərin qiyməti 30 AZN, VIP isə 110 və 180 AZN təşkil edir.
Konsert proqramı saat 21.00-da başlayacaq.
Konsertin informasiya dəstəyi 107.7 FM - Avto FM radiosudur.
Aytən Sadıqzadə
www.oxu.az