Bu gün Azərbaycanın xalq artisti İlhamə Quliyevanın yubileyidir.
Oxu.Az xəbər verir ki, xalq artisti İlhamə Quliyeva 70 yaşını təmtəraqlı qeyd edir.
Quliyeva İlhamə Məzahir qızı 1943 ildə Lənkəran şəhərində doğulub. Xalq artisti mərhum sənətkar Tükəzban İsmayılovanın qızıdır.1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib.
Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.1998-ci ildə mərhum prezidentimiz Heydər Əliyev İlhamə Quliyevaya xalq artisti adını verib. Müğənni həm də Dağıstanın (2008-ci ildə) xalq artistidir.
O, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib. İlhamə Quliyeva bu il həm də səhnə fəaliyyətinin 50 illiyini qeyd edir.
2012-ci ilin avqustun 25-də Mərkəzi Neftçilər Xəstəxanasında keçirdiyi açıq ürək əməliyyatının tarixini özünün ikinci doğum günü elan edən sənətkar yubileyini də həmin tarixdə təmtəraqlı şəkildə keçirəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl prezident İlham Əliyev xalq artistini “Şərəf” ordeni ilə təltif edib.