1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü ilə bağlı “Sevimli bala” adlı dəb nümayişi keçirilib.
Oxu.Az buro247.az saytına istinadən xəbər verir ki, tədbiri peşəkar fotoqraf Emil Ağayev işıqlandırıb. Balacalar Fərizə Əhmədovanın “Mrs Potter and the Snow” kitabını da dinləyiblər.
Qeyd edək ki, həmin tədbirdə “Bakılı oğlanlar” Şən və Hazırcavablar klubunun üzvlərindən olan Cabir İmanovun qızları da iştirak edib.
C.İmanovun qızlarının fotolarını təqdim edirik: