Bu gün Bakıda Azərbaycan Maliyyə İnnovasiya Forumu (Azerbaijan Financial Innovation Forum 2014) start götürüb.
Oxu.Az xəbər verir ki, forumun iştirakçıları PFS, Saxo Bank, APEX, CARD, Credit Andorra Bank kimi maliyyə və hüquqi şirkətlər olub.
Azərbaycanı forumda ölkənin aparıcı bankları, sığorta, konsaltinq və digər şirkətlər təmsil edib.
Forumun təşkilatçıları İqtisadiyyat və Sənaye Nazirliyi, AzPromo (İxracat və İnvestisiyanın dəstək Azərbaycan fondu), Bakı birja fondu olub.
Forum Park İnn otelində keçirilir. Forum işini iyun ayının 5-də də davam etdirəcək.
Forumun açılışında Bakı birja fondunun sədr müavini Vüqar Namazov çıxış edib.
O, Bakı birja fondunun yaradılması və fəaliyyəti haqqında, eləcə də Azərbaycanın maliyyə bazarının inkişafı üçün göstərdiyi səylərdən danışıb.
Onun sözlərinə görə cari ilin aprel ayında Bakı birja fondu yeni layihəyə başlayıb. Bu avtomatlaşdırılmış sistem əsasında çalışan konsultasiya proqaramıdır. O, qeyd edib ki, bu xidmət pulsuz göstərilir. Bu xidmət hesabat, hüquqi və digər dəstək üçün yaradılıb.
Eləcə də forumda Michael Bobosko (ADEX Fund Servise), Alan de Saram (İnvestment Funds and Flexibility in Structures) və s. xarici şirkətlərin nümayəndələri çıxış edib.
Təqdimatlarında şirkətləri, müasir dünyada investisiya prioritetlərindən, müxtəlif fondların yaradılmasından, investisiya və alternativ fondların fəaliyyətindən, müştəri bazası ilə işin incəliklərindən, dünya ölkələrində sərfəli investisiya imkanlarının hüquqi əsaslarının olmasının vacibliyindən danışıblar.
Tədbir yerli maliyyə biznesinə, o cümlədən bank, sığorta və lizinq şirkətlərinə dünya investisiya bazarının əsas iştirakçıları ilə ikitərəfli görüşlər keçirməyə imkan yaradıb.
Gülnarə Zeynalova
Foto: Nüsrət Abdullayev
www.oxu.az