Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünəndən etibarən Rusiyaya qaz ixracını bərpa edib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, ixracın həcmi sutkada 2 mln. kubmetrə bərabərdir.
Qeyd edək ki, Azərbaycan qazının Rusiyaya ixracı bu ilin əvvəlində dayandırılıb. Buna səbəb Bakı-Dağıstan avtomobil yolunun tikintisində aparılan təmir işləri olub.