Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Çalıquşu"nun ulduzu Aydan Şener yeni layihəsi ilə təəccübləndirdi
Türkiyədə "Yeşilçam"ın məşhur aktrisası Aydan Şener uzun fasilədən sonra yenidən ekranlara qayıdır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Türkiye Gazetesi" xəbər yayıb.
Bildirilir ki, karyerası ərzində "Çalıquşu", "Mühürlü Güller", "Küçük Ağa", "Fikrimin İnce Gülü", "İki Kızkardeş", "Gül ve Diken", "Ay Işığında Saklıdır" kimi bir çox məşhur layihələrdə rol alan Şener, bir neçə ay öncə böyrək daşı problemi səbəbindən əməliyyat olunub. Sağlamlığına qovuşan aktrisa bu dəfə fərqli bir mövzu ilə gündəmə gəlib.
Belə ki, uzun fasilədən sonra ekranlara qayıdan aktrisa, bu dəfə aparıcı kimi çıxış edəcək. O, "TYT Türk" kanalında "Aydan Şener ile hafta sonu keyfi" proqramını təqdim edəcək.
Xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub, pərəstişkarları aktrisanın proqramını böyük maraqla gözlədiklərini bildiriblər.