Krım tatarı mənşəli aktrisa Aydan Şener 1963-cü ildə Kilisdə doğulub və uşaqlığı Bursada keçib. Zərif görünüşü ilə gənc yaşlarında modellik sahəsində uğur qazanan A.Şener 1981-ci ildə "Miss Turkey 1981" müsabiqəsinin qalibi olub.
Bu barədə Baku TV-nin videomaterialında deyilir.
O, ailəsinin və nişanlısının tərəddüdlərinə baxmayaraq, "Kiçik Ağa" serialı ilə aktrisalıq fəaliyyətinə başlayıb.
Ona əsl şöhrəti qazandıran isə məşhur "Çalıquşu" serialındakı Fəridə obrazı olub.
Futbolçu Ayhan Akbinlə qurduğu evlilikdən bir qızı dünyaya gəlsə də, cütlük daha sonra yollarını ayırıb.
Zaman keçdikcə ekran işlərində az görünməsinə baxmayaraq, o, Türkiyə televiziya tarixinin ən yaddaqalan və sevilən simalarından biri olaraq qalır.