TMZ portalı müğənni Castin Biberin naməlum qaradərili kişi ilə əlbəyaxa olduğu video görüntü paylaşıb.
Məlumata görə, hadisə Klivlenddə baş verib. Biber ora “Klivlend Kavalers” basketbol komandasına azarkeşlik etməyə gedib. Davanın səbəbləri isə məlum deyil.
Videoda afroamerikalının kanadalı müğəninin başına ilk zərbə endirdiyi görünür. Davanın gedişatında müğənni yerə yıxılır.
Sonradan onları ayırmaq mümkün olub.
Aytən Sadıqzadə
www.oxu.az