10.06.2016 – 10.07.2016 tarixlərində premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”da uzun zamandır gözlənilən “Avro-2016” futbol üzrə Avropa Çempionatı canlı nümayiş olunacaq.
Oxu.Az xəbər verir ki, biletləri artıq kinoteatrın kassalarından, rəsmi saytdan və ya “CinemaPlus”un yeni yaratdığı mobil əlavədən əldə edə bilərsiniz. Qiymət 5 manatdır.

Qeyd edək ki, bir müddət əvvəl Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib. Hansı ki, Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.
Bakıda yerləşən “CinemaPlus” 28 Mall isə Azadlıq prospekti 45-də, “28 Mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsindədir.
Dolğun məlumat əldə etmək məqsədilə İOS və “Android” əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.
https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus
Aytən Sadıqzadə
www.oxu.az