Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Castin Biber P.Diddi ilə münasibətləri haqqında həqiqəti üzə çıxardı
Castin Biber ilk dəfə olaraq, onu qalmaqallı reper Şon Kombs (P.Diddy - red.) ilə əslində nəyin bağladığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TMZ məlumat verib.
O, P.Diddi ilə 15 yaşında tanış olub.
Reperin zorlama, zorakılıq və insan alverində ittiham olunması ilə bağlı məhkəməsi davam edir. Bu vəziyyətlə əlaqədar Biberin adı tez-tez gündəmə gəlir.
İndi Castinə yaxın mənbələr bildiriblər ki, reper heç vaxt ona qarşı nalayiq davranmayıb. Biber P.Diddi tərəfindən cinsi və ya digər zorakılıq obyekti olmayıb.
İnsayderlər həmçinin qeyd edirlər ki, Biber repçinin oğulları Kuinsi və Castin Kombs ilə sadəcə dost olub.
"Castin P.Diddy-nin qurbanlarından biri olmasa da, onun həqiqətən də zərər verdiyi insanlar var", - Biberin nümayəndəsi bildirib.
"Castin Biber" teqi üzrə xəbərlər
- "Artıq başqasına məxsusdur" - Castin Biber həyat yoldaşı ilə bağlı qalmaqallı paylaşım etdi və sildi
- Kaliforniyada Heyli Biberin bir milyardlıq sərvəti RİSK ALTINDA
- Castin Biberin şəxsi həyatı ifşa olundu: "Bir-birinə düşməndirlər"
- "Sən kim olduğunu bilirsən" - Selena Qomezdən Heyli Biberə gözlənilməz ismarış
- Castin Biber həyat yoldaşını təhqir etdiyinə görə ictimaiyyət qarşısında ondan üzr istədi