Əməkdar artist Cavanşir Məmmədov hazırda Azərbaycan şou biznesində ağsaqqal olduğunu, “İmperator” titulu daşıdığını deyib.
Lent.az-ın xəbərinə görə, o, Xalq artisti İlhamə Quliyevadan sonra yerli şou-biznesə nizam verdiyini söyləyib.
“İlhamə heç kimlə əlbəyaxa olmurdu, amma mən, yeri gəlsə, olaram. Mən kişiyəm. Birdən kimsə durub sözümün önündə söz desə, xasiyyətimə bələd insanam, düz alınmaz. Şou-biznesdə heç kimin işinə qarışmıram. Heç bir sənət adamı ilə oturub durmuram. Xasiyyətimə görə hərəkət edirəm”, - deyən müğənni bildirib.
O, müasir şou-biznes nümayəndələrinin, xüsusən xanımların görünüşünü də tənqid edib:
“Ağızlarına protez dişlər qoydururlar. Dərisi qara olan müğənni ağzına ağ diş qoydurur. Hələ bu azmış kimi, dodaqlarını da şişirdir edir, nə boyda. Sənin haranı bəyənib, haranı tərifləyək?”
Rəylər