Əməkdar artist Cavanşir Məmmədov iddialı müsahibə verib.
Oxu.Az xəbər verir ki, müğənni “Telemaqazin” verilişinə açıqlamasında sənətdən getməsi ilə bağlı xəbərə aydınlıq gətirib:
“Heç vaxt belə söz deməmişəm. Həmkarım Firuzə İbadova sənətdən gedəcəyini bildirmişdi. Ona isə icazə vermərik”.
Məmmədov hesabat konserti barədə bunları deyib:
“Solo konsertə önəm vermirəm. 1988-ci ildən bu yana hər ay 30 konsert verirəm. Mənim idarə etdiyim hər bir toy konsertdir. Yaradıcılığımda yalnız bir dəfə konsert olacaq, o da hesabat xarakterli. İndi bir tədbir keçirsəm, oraya gələcək tamaşaçının yarısı dostum və qohumlarım olacaq. Qalan yarısı isə toylarında oxuduğum insanlar. Bu nəyə lazımdır ki? Buna sənət demək olmaz. Dünyanın bir çox yerlərində konsertlərim olub. Heç birindən də maddi qazanc güdməmişəm”.
Aytən Sadıqzadə
www.oxu.az