Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əməkdar artist Yeni il gecəsi dünyasını dəyişdi – Foto
Azərbaycanın əməkdar artisti, tanınmış kino və teatr aktyoru Ömür Nağıyev qəflətən vəfat edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Modern.az-a aktyorun çalışdığı S.Vurğun adına Rus Dram Teatrından məlumat verilib.
“Aktyorumuz Ömür Nağıyev dekabrın 31-də müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi, yanvarın 1-də dəfn etdik” - deyə mərhum aktyorun dəfnində iştirak etmiş Rus Dram Teatrının inzibatçısı bildirib.
Lakin Rus Dram Teatrında əməkdar artistlə vida mərasimi təşkil olunmayıb. Ömür Nağıyevlə vida mərasiminin təşkil edilməməsi onu tanıyanların və yaxınlarının narazılığına səbəb olub.
Teatrdan isə bunu belə izah ediblər:
“Bunun üçün icazə almaq lazım idi. Bizdə əsasən xalq artistlərinin və sənət üçün bir çox işlər görən adamların vida mərasimi keçirilir. Dəfnində biz də iştirak etdik. Hövsan qəbiristanlığında dəfn olundu”.
Ömür Nağıyev 1953-cü ildə Bakıda anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə teatrında işləyib.
2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyoru olub. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb. Onlardan: Bernar (K.Xiqqins “Qarold və Mod”), Prokuror (M.İbrahimbəyov “Neft bumu”), Qersoq Kornuelski (U.Şekspir “Kral Lir”), Polis (Elçin “Ubiysa”), Azər-baba (S.Vurğun “Fərhad və Şirin”) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Ömür Nağıyev digər əməkdar artist Nəsibə Eldarova ilə bir müddət evli olub. Onların nikahından doğulan oğlanları Rüfət Nağıyev də bir neçə ay öncə, 30 sentyabr 2013-cü il tarixində vəfat etmişdi. O, yüksək dozada narkotik qəbul etməsi nəticəsində ölmüşdü.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
- Azərbaycanda yeni hava limanı tikilir: İşlər nə yerdədir?
- Bakıda tıxacın qarşısını almaq üçün çəkiləcək yeni yolların SİYAHISI
- Beynəlxalq axtarışa verilən rusiyalı sabiq hakim Bakıda saxlanıldı
Rəylər