Könül Kərimova maqazin verilişinə pəhriz saxlayaraq necə gözəl qalmasından danışıb.
Oxu.Az xəbər verir ki, K.Kərimova Lider telekanalında yayımlanan “Pərdə” verilişinə maraqlı müsahibə verib:
“Bu gün sənəti yüksək olan çoxlarından gözələm. Bütün gün salonlarda vaxt keçirənlərdən deyiləm. İnsan get-gedə püxtələşir. Mən də sənətdə çox təcrübə topladım. Əvvəl necə gəldi, geyinib gedirdim. İndi bunları özümə qadağan etmişəm. Axtarıb özümə yaraşanı geyinirəm. İstər saç düzümündə, istərsə də makyajda öz zövqümə inanıram”.
Müğənni sözlərinə bunları da əlavə edərək söyləyib:
“Əynimə yaraşan libası tapıram. Bacardığım qədər qüsurları aradan qaldırmağa can atıram. Əsas səs, oxumaq deyil. Özümüzə də fikir verməliyik. Tənqiddən nəticə çıxaran adamam. Pəhrizimə fikir verirəm. Gündə bir dəfə, günorta yeyirəm. Mən Şakira, Beyons, Cennifer Lopezdən də gözələm. Hələ onlar qədər özümə baxsam, lap gözəlləşərəm”.
Aytən Sadıqzadə
www.oxu.az