Paytaxtın Babək prospektində əsaslı yenidənqurma işlərinə başlanılacaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma zamanı prospekt boyu yağış-kanalizasiya sistemi dəyişdiriləcək, bütün kommunikasiya xətləri nəzərdən keçiriləcək.
Eyni zamanda, Mikayıl Əliyev küçəsinin metronun “Koroğlu” stansiyasından Babək prospektinə qədər olan hissəsi də yenidən qurulacaq.
Bütün bu işlərin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarınadək başa çatdırılması planlaşdırılır.