“Qonaqlıq” verilişində müğənni Cavanşir Məmmədov qudasının general olduğunu söyləyib.
Oxu.Az xəbər verir ki, müğənni özünə də general rütbəsi verib:
“Nəvəm Rəfiqənin o biri babası generaldır. Elə bu biri babası da, general kimidir”.
Müğənni eyni zamanda, sözlərinə bunları da əlavə edib:
“Evimdə çoxlu sayda dini kitablar, müqəddəs “Qurani-Kərim” kitabı var. Mən gecə yatanda yuxuda nə görürəmsə, səhər saat 12-yə kimi yuxuda gördüklərim çin olur. Bu səbəbdən də evimdə həmişə dini kitablar saxlayıram”.