Hollivud ulduzu Cennifer Lopez sevgilisi Kasper Smartla birgə model Haydi Klumun təşkil etdiyi “Halloween” tədbirinə qatılıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, 46 yaşlı müğənni və 28 yaşlı sevgilisi gecəyə skelet obrazında yollanıblar. Lopez sinəsi açıq xüsusi hazırlanmış libası ilə diqqət mərkəzində olub.