Müğənni və aktrisa Cennifer Lopes əkiz övladlarını nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, dünya ulduzu "Instagram" hesabında 18 yaşlı övladları Maksimilian və Emma ilə çəkilmiş nadir fotolarını paylaşıb.
Sənətçi oğlu və qızı ilə birlikdə İtaliyada istirahət etdiyini bildirib.
"Kollecdə təhsil almağa yollanmamışdan əvvəl şirinlərimlə səyahət", - deyə ifaçı paylaşımında qeyd edib.
Qeyd edək ki, Cennifer Lopes əkiz övladlarını müğənni və bəstəkar Mark Entonidən dünyaya gətirib. Cütlük 2011-ci ildə ayrıldıqlarını açıqlasa da, boşanma prosesi yalnız üç il sonra başa çatıb. Müğənni ayrılığın təşəbbüskarı olduğunu və boşanma ilə bağlı məhkəməyə özü müraciət etdiyini gizlətməyib.
