Aktrisa Ceniffer Lourens canlandırdığı Serena Pemberton obrazının əvvəl Ancelina Coliyə təklif edilməsi xəbərinə reaksiya verib.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, o, “Hələ Ancelina Colinin əlindən rol oğurlayacaq vəziyyətdə deyiləm. Hazırda Ancelina Colinin zibilliyini qarışdıran aktrisayam” deyib.
Qeyd edək ki, Cennifer Lourens və Bredli Kuperin baş rolu canlandırdıqları “Serena” filmi 7 noyabrda geniş auditoriyaya təqdim olunacaq.
Aytən Sadıqzadə