“Ciciş” bacılar adı ilə tanınan Esra və Ceyda Ersoy iki il əvvəl “Benim dünyam” filminin qala gecəsinə dəvət edilmədiyi halda zorla içəri girməyə nail olmuşdular.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, həmin vaxt bacılarla mühafizəçi arasında dava düşmüşdü. Onlar mühafizəçiyə sillə-təpik vurub, saçını yolmuşdular.
Bu səbədən bacılar haqqında qaldırılan iddianamədə Esranın 1 il yarım, Ceydanın isə 1 ilə qədər həbs edilməsi istənilmişdi.
Məlumata görə “cicişlər”in cəzası 4 min lirəlik cərimə ilə əvəz edilib.