Bakıda ilk dəfə açıq hava altında barbekyu-parti keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir “CinemaPlus Amburan Mall” premium kinoteatrında təşkil olunub.
Qonaqların qarşısında hazırlanmış təzə ət, limitsiz çaxır və soyuq pivə qonaqları gecənin sonunadək müşayiət edib.
Gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, prodüserlər, bloqerlər, KİV və bomond nümayəndələri olublar.
Kinoteatrda musiqi müşayiəti ilə bayram atmosferi təşkil olunub. DJ gecə boyu dinamik musiqi ilə insanları əyləndirib.
Tədbir 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş dramatik ispan filmi – “Eskobar”ın nümayişi ilə bitib.
“CinemaPlus Amburan Mall”da Master İmage 3D texnologiyası tətbiq olunur.
Tədbirin təşkilində dəstək olublar: Cinemazadeh dublyaj studiyası, Cinema Distribution, TORO Steak House restoranı, Merit Brand çaxır şirkəti, Red Bull, TNT kuryer xidməti və Baltika-Bakı pivəbişirmə zavodu.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.