Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun ilk efiri gərgin mübarizə ilə yadda qaldı.
Oxu.Az xəbər verir ki, 18 nəfər tanınmış simanın mübarizə apardığı yarışmada iştirakçılardan əksəriyyəti Niyam Salaminin oyundan uzaqlaşdırılmasını istəyiblər. Daha sonra tamaşaçıların səsverməsi keçirilib. Niyam Salami 50 faizdən artıq səs toplayıb və oyunun şərtlərinə uyğun olaraq, yarışmada mübarizəni davam etdirmək şansı qazanıb. O, əlindəki fürsətdən yararlanaraq müğənni Çingiz Mustafayevi oyundan uzaqlaşdırıb. Murad Dadaşov Niyamın bu seçimindən çox təəssüfləndiyini deyib.
Xatırladaq ki, yarışmaçılar arasında müğənni Günay İbrahimli, Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, Orxan Babazadə, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan), aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Şəhriyyar Əbilov, Aydan Axundova, stilist Anar Ağakişiyev, aktyor Tərlan Nuryaşar, meyxanaçı İntiqam Rüstəmov, idmançı Eduard Məmmədov və dicey Çina mübarizəni davam etdirir.
Aytən Sadıqzadə
www.oxu.az