Uzun müddətdir küsülü olan Əməkdar artist Elza Seyidcahanla stilist Anar Ağakişiyev barışıb.
Oxu.Az-ın məlumatına görə, onlar birlikdə “Hər şey daxil” verilişinə qonaq olublar.
Stilist və müğənni qucaqlaşaraq aradakı incikliyə son qoyublar.
E.Seyidcahan “Hər zaman sülh tərəfdarı olmuşam. Çalışmışam mehribanlıq olsun. Eşitdiyim sözü belə danışmamışam. Amma bəziləri var ki, eşitmədiyini də danışıb. Heç sosial şəbəkədə Anarla olan fotolarımı da silmədim. Bəziləri qalmaqaldan zövq alırlar”, - deyə söyləyib.
“Başqa kanalda Elza xanımla birlikdə qonaq olduq. Orada reytinq xatirinə qalmaqal yaratdılar. Verilişdən getdim. Əslində, barışıq orada olmalı idi”, - deyə Anar əlavə edib.
Qeyd edək ki, Seyidcahanla Ağakişiyev arasında qalmaqal ötən il başlayıb. Anar Elzaya “zövqsüz” demişdi. Qarşı tərəf isə onun bu sözlərinə sərt cavab vermişdi.

Pərviz Hüseyn
www.oxu.az