“O səs Türkiyə”də bu dəfə Cənubi Azərbaycandan olan həmyerlimiz Əsgər Bağıri iştirak edib.
Oxu.Az xəbər verir ki, o, İbrahim Tatlısəsin “Haydi söylə” mahnısını oxuyub. Əsgərin ifası münsiflər heyəti tərəfindən maraqla qarşılanıb. O, Ebru Gündeşin komandasında yarışmağı seçib.