Müğənni Zeynəb Dostəliyevanı canlı yayımda tamaşaçı mesajı yaman pərt edib.
Oxu.Az Mövqe.az-a istinadla xəbər verir ki, artıq çəki alan müğənni bunu ört-basdır etmək üçün enli don geyinib.
Lakin səhər verilişinə sms yazan tamaşaçı müğənninin geyimini bəyənmədiyini və hətta onu bazar qadınlarına da oxşatdığını deyib:
“Zeynəb Dostəliyeva bazarda pomidor satan qadına bənzəyir. Hətta bazarda pomidor satanlar belə ondan daha zövqlü geyinir”.
Bu mesajdan pərt olan müğənni özünə belə haqq qazandırıb və həmin tamaşaçını təhqir edib:
“Sən çox zövqsüz və qabiliyyətsiz insansan. Əynimdəki ətəyim Fransa istehsalıdır. Həm də kökəlmişəm deyə enli geyinmişəm. Ayıb olsun, sənə...”.
Z.Dostəliyevanın həmin verilişdən olan görüntüsünü sizə təqdim edirik:
