Azərbaycanda yaşayıb və fəaliyyət göstərən türkiyəli qardaşlar bir-birinin ardınca ailə qurmağa hazırlaşırlar.
Oxu.Az xəbər verir ki, Show.az-ın məlumatına görə, bəstəkar Hakan Eroldan sonra qardaşı müğənni Gökhan Erol da evlənmək eşqinə düşüb. O da Azərbaycan əsilli xanımla ailə quracaq.
Bu barədə məlumat verən Hakan Erolun həyat yoldaşı Leyli, təzə gəlinin Almaniyada yaşadığını bildirib.
Qohum qızla ailə qurmaq fikrində olan Gökhan Erol qardaşının iyun ayındakı toyundan öncə özünə nişan mərasimi keçirəcək. Müğənninin toyu isə sentyabr ayına planlaşdırılır. Qız toyu Almaniyada, oğlan toyu isə Türkiyədə keçiriləcək.
Xatırladaq ki, az müddət əvvəl Leyli İsrafilova ilə nişanlanan Hakan Erol da iyun ayında Türkiyədə özünə toy edəcək. Toyda bir çox türkiyəli məşhur simaların da iştirakı gözlənilir.