Aprelin 22-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri “Bulla-dəniz” yatağındakı yeni istismara verilmiş 122 saylı stasionar dəniz özülündə qazılacaq 124 saylı birinci istismar quyusunun qazma dəzgahının işə salınma mərasimində iştirak ediblər.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, özüldən qazılacaq quyulardan sutkada ümumilikdə 450 ton kondensat və 2 milyon 400 min kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur.
Qazma prosesi zamanı quyuların işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaq. Özüldə istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.
Gələcəkdə hasil olunacaq qaz və kondensatın təhlükəsiz nəqli məqsədi ilə ümumi uzunluğu 6 kilometr olan özüllərarası boru xətlərinin tikintisi nəzərdə tutulur.
Gülnarə Zeynalova
www.oxu.az