Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib və bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Natiq Əliyev Bakıda keçirilən Beynəlxalq “Caspian Energy Forum - 2014”-dəki çıxışında deyib.
Nazir bildirib ki, Azərbaycan son illərdə qaz hasilatını 30 milyard kubmetrə çatdırıb və bu da olduqca vacib məsələdir. Hasil olunan təbii qaz yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılacaq.
“Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsində çıxarılacaq qaz Avropa ölkələrinin mavi yanacağa olan tələbatını ödəyəcək.