Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Daha dörd türkiyəli pop ulduz “Jara-2020”də - FOTO](https://images.oxu.az/2020/02/24/16/47/59/ccf3ae2e-2c0f-4edb-9628-1cce38c4b6c7/MyCollages (3):1200.jpg)
Daha dörd türkiyəli pop ulduz “Jara-2020”də - FOTO
İyulun sonu Bakıda keçiriləcək “Jara-2020” beynəlxalq musiqi festivalında Türkiyənin daha 5 məşhur pop ulduzu iştirak edəcək.
Oxu.Az xəbər verir ki, “Jara”nın sosial media hesabında Mustafa Ceceli, Sərdar Ortaç, Rafet El Roman və Mustafa Sandalın da festivalda çıxış edəcəkləri ilə bağlı məlumat paylaşılıb.
Qeyd edək ki, onlarla yanaşı səhnəyə həmçinin, 2010-cu ildə keçirilən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “We cold be the same” mahnısı ilə Türkiyəyə ikincilik gətirən “Manga” qrupu da çıxacaq.
Avqustun 1-də “Beynəlxalq gün” adlı gecədə türk sənətçiləri dillərdə əzbər olan hitlərlə çıxış edəcəklər.
Həmin gün səhnədə italiyalı müğənni İngrid Alberini, rumıniyalı pop qrupu “Morandi”, alman musiqiçi David Lubeqa da tamaşaçılara ifaları ilə musiqi ziyafəti verəcəklər.
Посмотреть эту публикацию в InstagramQeyd edək ki, “Jara” beynəlxaq musiqi festivalı 29 iyul - 2 avqust tarixlərində Bakıda keçiriləcək.
Rəşad Əliyev
Mövzuya aid xəbərlər
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər