“Eşkıya dünyaya hökmdar olmaz” serialında baş rolu paylaşdığı aktyor sevgilisi Oktay Kaynarca ilə sevgi münasibətlərini nöqtələyən aktrisa Deniz Çakır dostları ilə birlikdə Bodrumda çimərlikdə görüntülənib.
Oxu.Az xəbər verir ki, bu barədə Haberler.com məlumat yayıb.
Fotoşəkillərinin çəkildiyinin fərqinə varan D.Çakır həmin məkandan uzaqlaşıb və müxbirləri yanına çağıraraq Oktay Kaynarca ilə eşq münasibətlərinin bitdiyini söyləyib. Aktrisa müsahibəsində “Hazırda qəlbim boşdur” deyib.
Aytən Sadıqzadə
www.oxu.az