Bakıda Türkiyə vətəndaşının əhaliyə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb.
Bu barədə məlumat Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.
Məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ucal Ergün tərəfindən rayon ərazisində icarəyə götürülmüş “Ergün Ucal” ət kəsmə məntəqəsində mənşəyi məlum olmayan 200 kiloqram ət aşkar olunaraq götürülüb.