Bakıda bu yay dünyanın ən irimiqyaslı musiqi festivallarından olan “Greenfest” rok musiqi festivalı keçiriləcək.
Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, festival iyun ayının 13-də, saat 16:00-da keçiriləcək.
Festival çərçivəsində Türkiyənin “Duman”, “Mor ve Ötesi”, “Manga” kimi tanınmış rok qrupları çıxış edəcək.
Qeyd edək ki, “Greenfest” festivalı hər il dünyanın müxtəlif böyük şəhərlərində keçirilir.