"Forget Tomorrow" dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycana gələn pop ulduzu Castin Timberleyk hazırda konsert proqramı ilə çıxış edir.
Oxu.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan konsertlə əlaqədar 25 min turist ölkəmizə səfər edib.
Belə ki, beynəlxalq tur şirkətləri Timberleykin Bakıdakı konserti üçün tur paketləri hazırlayıb. Bu paketə tək konsert proqramı yox, həm də Bakının gəzməli, tarixi yerləri və restoranları daxildir.
Qeyd edək ki, bu gün konsertlə əlaqədar Bakı metrosunun iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq.
Həmin görüntüləri təqdim edirik:
Tanınmış pop ulduzu Castin Timberleyk ilk dəfə Bakıda konsert verir.#CastinTimberleyk #oxuaz pic.twitter.com/zEt7DzvYRi
— Oxu.Az (@oxuaz) July 27, 2025
Castin Timberleykin Bakıdakı konsertində maraqlı anlar yaşanıb.
— Oxu.Az (@oxuaz) July 27, 2025
Belə ki, konsertdə iştirak edən cütlük övladlarının cinsi yazılan zərfi müğənniyə uzadıblar və oğulları olacağını Castindən öyrəniblər.#castintimberleyk #oxuaz pic.twitter.com/VpcJs2lbI8