Dünya ulduzu Dj Tiesto dekabrın 13-də “Baku Expo Centre”-də çıxış edəcək.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Dj Tiesto-nun Bakı səfərinin təşkilatçısı “Dreamexe Production” şirkətidir.
Əfsanəvi di-cey Bakıda “Club Life Show”-u təqdim edəcək.
Biletlərin qiyməti 45 AZN(regular), 120 AZN(stand VIP) və 250 AZN (premium) təşkil edir.
Tədbir barədə məlumatı www.tiestoinbaku.az saytından və 119 nömrəli qaynar xətlə əlaqə saxlayaraq əldə edə bilərsiniz.