Türkiyə mətbuatında Ebru Gündeş və Rza Zərrab cütlüyünün boşanmağa hazırlaşmasına dair xəbər yayılıb.
Oxu.Az xəbər verir ki, Bəyaz TV-də yayımlanan “Söyləməzsən olmaz” proqramında son dövrdə yayılan dedi-qodulara görə, Gündeş – Zərrab cütlüyünün bir müddətdir ki, boşanmağa hazırlaşdığı bildirilib.
Son bir həftədir ki, ayrılıq mövzusunda ciddi qərarlar alan cütlüyün yaxın zamanda boşanmaq üçün məhkəməyə müraciət edəcəkləri bildirilir.
İddialara görə, Ebru Gündeş Rza Zərrabın səs yazıları ortaya çıxandan dərhal sonra boşanmaq istəyib. Ancaq Rza Ebru Gündeşi uşağı ilə təhdid edib.