Xəbər verdiyimiz kimi Azərbaycanı “Eurovision-2008”-də təmsil edən müğənni Elnur Hüseynovun Türkiyənin TV-8 kanalında yayımlanan “O səs Türkiyə” müsabiqəsindəki çıxışı böyük rezonansa səbəb olub.
Oxu.Az xəbər verir ki, Elnurun Ebru Gündeşin komandasını seçməsi türkiyəli müğənniyə əsl sevinc hissi yaşadıb. E.Gündeş İnstagram-da Elnurla birgə fotosunu paylaşaraq “Beni çok mutlu etdin, hoşgeldin. Meni çox şad elədin, xoş geldin, Elnur”- şərhini yazıb.
Aytən Sadıqzadə