Ailə həyatı qurmağa hazırlaşan müğənni Ebru Polat adını hər kəsdən gizli saxladığı sevgilisinin şəklini ilk dəfə olaraq Whatsapp profilində paylaşıb.
Oxu.Az xəbər verir ki, yaxın vaxtlarda 50 min dollarlıq üzük ilə sevgilisinin evlənmə təklifini qəbul edən Polat, xoşbəxtliyini dilə gətirib:
“Evlilikdən çox qorxurdum. Amma həyatımın kişisini tapmışam, çox xoşbəxtəm”.
Qeyd edək ki, cütlük üzümüzə gələn aylarda İtaliyanın Milano şəhərində evlənməyə qərar verib.
Aytən Sadıqzadə
www.oxu.az