“Miss Azerbaijan 2015” gözəllik müsabiqəsinin qalibi Nataliya Sokolevskaya may ayında istirahət etmək üçün Dubayı seçib.
Oxu.Az xəbər verir ki, model, istirahət zamanı çəkilmiş yeni fotolarını sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Belarusda doğulan və 18 yaşına qədər orada yaşayan Nataliya məktəbi bitirdikdən sonra “Vitebsk” Xalqlar dostluğu ordenli Dövlət Tibb Universitetinə qəbul olunub. Amma orada cəmi bir il təhsil alıb. Azərbaycanda xarici şirkətlərin birindən iş təklifi aldıqdan sonra təhsilini dondurub və buraya işləməyə gəlib.