Dünya şöhrətli müğənni Ed Şiran üç il görüşdüyü sevgilisi Cherry Seabornla gizlincə ailə həyatı qurub.
Oxu.Az xəbər verir ki, pop ulduz bir müddət öncə gizli şəkildə evlənib.
O, “Access online” videoportalına müsahibəsində jurnalistin “Nə vaxt evlənəcəksiniz?” sualına gözlənilmədən cavab verib. Ed üzüyünü göstərərək artıq ailə qurduğunu söyləyib.

Qeyd edək ki, məşhur cütlük yanvar ayında nikaha girib. Şiran Seaborna sevgisini Beyonsla duet oxuduğu “Perfect” mahnısı ilə bəyan etmişdi.
Rəşad Əliyev