Müğənnilər Sevil və Sevinc əkiz bacıları sosial şəbəkə vasitəsilə Səidə Sultana ismarış göndəriblər.
Oxu.Az xəbər verir ki, bacılar ad çəkməsə də İnstagram hesabında bunları yazıblar:
“Bir şeyi başa düşdük. Heç kəsi özünüzə yaxın buraxmayın. Nə qədər can yandıracaqsınızsa, o qədər dəyərsiz olacaqsınız. Allah hər birimizi ikiüzlü, paxıl insanlardan qorusun. Tanıdığıma peşman olduğum insanlar var. Sadəcə bir söz deyim. Allah ürəyinizə görə versin”.
Xatırladaq ki, müğənni Səidə Sultanın aparıcısı olduğu “Əsl şou” verilişinin efirində işlətdiyi “Səni cıraram” sözünə görə MTRŞ tərəfindən “Space” telekanalına xəbərdarlıq edildikdən sonra, kanal rəhbərliyi müğənnini verilişdən uzaqlaşdırıb. Daha sonra isə Səidə həmkarları Sevil və Sevinc əkiz bacılarının efirdə pul cırmalarını xatırladaraq “Azərbaycanımızda Televiziya Şurası deyilən bir qurum var. Baxın, Televiziya Şurası düzgünlükdən danışır. Mənim indi adını çəkdiyim xanımların heç biri ilə qərəzliliyim yoxdu. Mətanət verilişində xalqın hissinə toxunan sözlər dedi, ictimai qınaq oldu. Əkizlər milli pulumuzu cırdı. O da qınaq oldu. Televiziya Şurası niyə xalqa dəstək olub uzaqlaşdırmadı? Niyə?”,- deyə onu qınayanlara iradını bilidirb.