Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, onlar sosial media hesablarında konsert üçün nəzərdə tutulan altı libasın üç günə hazırlandığını bildirib.
Geyimləri hazırlayan modalar evinə təşəkkür edən bacılar bundan sonra onlarla işləyəcəklərini də vurğulayıblar.
Ancaq ifaçıların geyimlərinin kopya olduğu ortaya çıxıb. Belə ki, eyni geyimi 2017-ci ildə Cennifer Lopez Nyu-York konsertində istifadə edib.
Sevil və Sevinci Cenniferdən fərqləndirən cəhət isə libası açıq yox, qara corabla geyinmələri olub.
Pərviz Hüseyn
www.oxu.az