Müğənni Eldar Qasımov özünə yeni “İnfiniti” markalı avtomobil alıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, ayaqla gəzməyi sevən sənətçi maşınından az istifadə edir.
O, yol hərəkət qaydalarını yaxşı bildiyini deyib:
“Bu yaxınlarda “İnfiniti fx35” markalı maşın almışam. Amma çox nadir hallarda, çəkilişlərə gedəndə istifadə edirəm. Çünki ayaqla, insanlar arasında gəzməyi xoşlayıram. Yol hərəkət qaydalarını yaxşı bilirəm, heç vaxt da pozmamışam. Yeni maşınımdan çox razıyam və dəyişmək fikrim yoxdur”.
www.oxu.az