Ağdamın “Qarabağ” klubunun avqustun 22-də Almaniya “Ayntraxt”ı ilə keçirəcəyi Avropa Liqasının ilk “pley-off” matçının biletləri satışa çıxarılır.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Qarabağ” klubumun mətbuat katibi Nurlan İbrahimovun verdiyi məlumata görə, oyuna baxmaq istəyənlər avqustun 17-dən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına yaxınlaşa bilərlər.
Qiymətlər isə münasibdir. Ən ucuz biletləri 1 manata almaq olar.
Daha münasib sektorlara 2 manata daxil olmaq mümkündür. VİP bilet isə 50 manata satılacaq.
Qeyd edək ki, Re spublika stadionunda keçiriləcək “Qarabağ” - “Ayntraxt” görüşü saat 21:00-da başlanacaq. Cavab oyunu isə avqustun 29-da olacaq.