2013-cü il iyulun 31-nə olan məlumata əsasən Gürcüstanın xarici borcu və dövlət zəmanəti ilə alınan kreditlərin həcmi 4 milyard 159 milyon dollar təşkil edir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi açıqlama yayıb.
Gürcüstanın 17 kreditor ölkəyə ümumilikdə 762 milyon 223 min dollar borcu var.
Maliyyə Nazirliyinin məlumatında kredit verən ölkələr sırasında Azərbaycan da göstərilib.
Qeyd olunub ki, Gürcüstanın Azərbaycana 12 milyon 618 min dollar kredit borcu var.
Kreditor ölkələr sırasına Avstriya (8,703 milyon dollar), Türkmənistan (211 min dollar), Türkiyə (24,126 milyon dollar), İran (9,844 milyon dollar), Rusiya (103,444 milyon dollar), Ermənistan (14,906 milyon dollar), Özbəkistan (304 min dollar), Ukrayna (277 min dollar), Qazaxıstan (27,774 milyon dollar), Çin (4,404 milyon dollar), Almaniya (334,965 milyon dollar), Yaponiya (101,283 milyon dollar), Küveyt (21,742 milyon dollar), Hollandiya (2,899 milyon dollar), Amerika Birləşmiş Ştatları (32,101 milyon dollar) və Fransa (62,621 milyon dollar) da daxildir.