Ötən gün sizə “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun yeni klipi baradə məlumat vermişdik.
Oxu.Az verir ki, yeni işıq üzü görmüş, yol təhlükəsizliyi mövzusuna, yollarda baş verən qəzalarda həlak olanların xatirəsinə həsr olunmuş klipdə maraqlı bir təzad var.
Belə ki, müğənni klipi yol qəzaları qurbanlarına həsr etsə də, özü maşında hərəkət edərkən təhlükəsizlik kəmərindən istifadə etməyib.
Qeyd edək ki, bu hal birinci dəfə deyil.
Biz bunun dəfələrlə yerli müğənnilərin kliplərində, milli seriallarımızda, son illərdə çəkilən filmlərimizdə dəfələrlə şahidi oluruq – onlar təhlükəsizlik kəməri taxmağı birmənalı olaraq unudurlar.
Lakin bununla belə, bu cür halları nə əcnəbi ulduzların klilplərində, nə də filmlərdə görürük. Hətta iş o yerə çatmışdı ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi bu mövzuda ulduzlarımızı, serial çəkənləri daha məsulliyyətli olmağa çağırmışdı.
Aytən Sadıqzadə
www.oxu.az